Gələn ilə qədər NATO ildə təxminən 4 milyon artilleriya mərmisi istehsal etmək imkanına malik olacaq.
Yenizaman "İnterfaks"a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Berlində NATO Parlament Assambleyasında çıxışı zamanı bildirib.
"Proqnozlara görə, gələn ilə qədər alyans hər il təxminən 4 milyon artilleriya mərmisi istehsal etmək gücünə malik olacaq", - M.Rütte qeyd edib.
Planlaşdırılan istehsal həcmləri 2025-ci ilin göstəricilərini demək olar ki, iki dəfə üstələyir.
.
