İtaliyalı həmkarıma bölgəmizdə olan vəziyyət barədə məlumat verdim.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi, bu istiqamətdə baş verən son inkişaf, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib: “Bu istiqamətdə fikir mübadiləsi aparıldı. Bir sıra İtalya şirkətləri azad olunmuş ərazilərdə olan layihələrdə iştirak edir. O cümlədən burada əməkdaşlığın qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa dair ciddi maraq mövcuddur və hesab edirik ki, biz yeniliklər, yeni layihələrin şahidi olacağıq”.
.
