Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov iyun ayında Qarabağ ərazisində parlamentlərarası görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Diplomat bu təklifi "Xəzər regionuna investisiyalar" adlı işgüzar paneldə səsləndirib.
M.Yevdokimov qeyd edib ki, iyun ayında hər iki ölkənin deputatlarının Azərbaycan ərazisində görüşü planlaşdırılıb: "Mən bu görüşün mütləq Bakıda deyil, Qarabağda, məsələn, Şuşada keçirilməsinin tərəfdarıyam. Belə olan halda bizim deputatlarımız bu ərazilərdə həyata keçirilmiş genişmiqyaslı işlərin şahidi ola biləcəklər".
.
