Rusiya Bankı əsas uçot dərəcəsinin 16 faizə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə Rusiya maliyyə tənzimləyicisinin saytında dərc olunan məlumatda deyilir.

Məlumata görə, Rusiya Bankının Direktorlar Şurası iyun ayında başlanan pul-kredit siyasətinin yumşaldılması kursunu davam etdirmək qərarına gələrək əsas faiz dərəcəsini azaldıb.

Qeyd edək ki, bundan əvvəl əsas uçot dərəcəsi 16,5 faiz təşkil edirdi.

“İqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıtmaqda davam edir. Noyabr ayında qiymətlərin cari artımının dayanıqlı göstəriciləri azalıb. Bununla yanaşı, son aylarda inflyasiya gözləntiləri müəyyən qədər yüksəlib. Kredit aktivliyi yüksək səviyyədə qalır”, – Rusiya Bankının uçot dərəcəsinin endirilməsi ilə bağlı rəsmi məlumatında deyilir.

.