Rusiya Prezidenti Vladimir Putin Avropa tərəfindən Kalininqrad blokadaya alınacağı təqdirdə Moskvanın reaksiyasını açıqlayıb.

İlin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin Kalininqradın blokadaya almaq cəhdinin münaqişəni görünməmiş səviyyəyə qaldıracağını bildirib.

O qeyd edib ki, Kalininqradı blokadaya almaq cəhdi potensial olaraq tammiqyaslı hərbi münaqişəyə səbəb olacaq: “Əgər bu şəkildə təhlükə olarsa, bu təhdidləri aradan qaldıracağıq. Bunu hər kəs başa düşməlidir. Bu, münaqişəni tamamilə fərqli, tammiqyaslı səviyyəyə qaldıracaq”.

 

.