Rusiya futbol millisinin məşqçisi Leonid Slutski istefa verdiyini bəyan edib.

Avropa.info xəbər verir ki, o, bu addımı 2018-ci il Dünya Çempionatında iştirak edəcək komandaya rəhbərlik edəcək bir başqa şəxsi önünü kəsməmək üçün belə etdiyini deyib. 

Slutski Avro-2016-dakı müvəffəqiyyətsizliyə görə məsuliyyəti üzərinə götürdüyünü, 3-0-lıq məğlubiyyətin öz səhvi olduğunu bildirib. Bu nəticədən sonra Rusiya qrupda sonuncu yeri tutub.

"Mən çıxışımıza görə rusiyalı azarkeşlərdən, stadiondakı və televizor qarşsıındakı futbol fanlarından üzr istəyirəm. Onlar buna layiq deyil” – Rusiya futbol yığmasının məşqçisi belə deyib. 
.