Rumıniyanın Qalaç şəhərinə düşən pilotsuz uçuş aparatı Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti nəticəsində trayektoriyasını dəyişərək ölkə ərazisinə düşmüş ola bilər.
"Hotnews.ro” xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikuşor Dan Qalaç şəhərinə səfəri zamanı verib.
“PUA Ukrayna HHM qüvvələrinin təsiri nəticəsində uçuş trayektoriyasını dəyişərək Rumıniya ərazisinə düşmüş ola bilər”, - ölkə başçısı qeyd edib.
Qeyd edək ki, dünən Rumıniyanın şərqində yerləşən Qalaç şəhərində pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb. Nəticədə partlayış baş verib və mənzillərdən birində yanğın yaranıb, iki nəfər xəsarət alıb.
.
