Rumıniyanın müdafiə naziri Yonuts Muştianu tərcümeyi-halında təhsili barədə yanlış məlumat verdiyi üzə çıxandan sonra istefa verib.
Yenizaman xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.
“Bu gün mən milli müdafiə naziri postundan istefa verdim. Bu addımı Rumıniya ordusuna sədaqət və hörmətlə atıram”, – Muştianu bildirib.
O qeyd edib ki, Rumıniya və Avropa Rusiyanın hücumlarına məruz qalır, buna görə də milli təhlükəsizlik hər hansı qorunmalıdır.
“İllər əvvəl buraxdığım səhvlər və keçmişimlə bağlı müzakirələrin ölkəyə rəhbərlik edənlərin çətin vəzifələrindən yayındırmasını istəmirəm”, – sabiq nazir vurğulayıb.
.
