ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampın Venesula müxalifətinin lideri Mariya Korina Maçadonu dəstəkləməkdən imtina etməsinə aydınlıq gətirib.
Marko Rubio “NBC News” telekanalına müsahibəsində bildirib ki, ABŞ hazırda Venesuelada müxalifətlə əməkdaşlıq etməyəcək, çünki Vaşinqtonun bu ölkə ilə bağlı təxirəsalınmaz məsələləri həll etməsi lazımdır.
Qeyd edək ki, dünənə keçirilən mətbuat konfransında Donald Tramp Maçadonun Venesuelanın yeni lideri ola biləcəyinə şübhə ilə yanaşıb.
Marko Rubio deyib ki, Mariya Korina Maçado fantastik insandır, onu çoxdan tanıyır: “Lakin biz hazırkı reallıqla üz-üzəyik. Təəssüf ki, müxalifətin əhəmiyyətli hissəsi Venesueladan kənardadır. Hazırda dərhal həll edilməli məsələlərimiz var”.
Dövlət katibi qeyd edib ki, ABŞ növbəti Venesuela hökumətindən “daha çox güzəştə getmə və əməkdaşlıq” gözləyir: Hazırda Venesuelada ordu və polisə cavabdeh olan şəxslər hansı istiqamətdə irəliləyəcəklərinə qərar verməlidirlər. Ümid edirik ki, onlar Prezident Nikolas Maduronun izlədiyi yoldan fərqli bir kurs seçəcəklər.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Hazırda Venesuela Prezidenti və həyat yoldaşı Nyu-Yorka gətirilib.
.
