Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün danışıqlarda qarşılıqlı kompromislərə getməlidir.
Bunu ABŞ Dövlət katibi Marko Rubio “Independent” nəşrinə müsahibəsində bildirib.
Dövlət katibi qeyd edib ki, ABŞ hazırda tərəflərin hansı addımlara hazır olduğunu müəyyənləşdirməyə çalışır.
Marko Rubio deyib ki, Rusiya müharibənin əvvəlində qarşısına qoyduğu məqsədlərə nail ola bilməyib.
.
