İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etsə və uranın zənginləşdirilməsi proqramını dayandırsa belə, ABŞ tərəfindən yalnız bəzi sanksiyaların ləğvi və ya yumşaldılması ilə qarşılaşa bilər.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Büdcə Komitəsində keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, Vaşinqton İran limanlarına tətbiq edilən dəniz blokadasını aradan qaldırmağa, Tehran isə danışıqlar masasına qayıdaraq yüksək zənginləşdirilmiş uranın utilizasiyası və nüvə yanacağının zənginləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı razılaşmanı müzakirə etməyə hazır olmalıdır.
Rubio vurğulayıb ki, bunun müqabilində İran bəzi sanksiyaların ləğvinə və ya yumşaldılmasına nail ola bilər, lakin bütün sanksiyalar aradan qaldırılmayacaq.
ABŞ dövlət katibi əlavə edib ki, istənilən razılaşmanın əsas şərti yoxlanıla bilən mexanizmlərin mövcudluğudur və uranın zənginləşdirilməsi üzərində nəzarət sazişin uğuru üçün həlledici əhəmiyyət daşıyacaq.
.
