Xəzər dənizində suyun səviyyəsinin azalmasının qarşısı alınması istiqamətində atılacaq addımlarda bir maliyyə bazasına fokuslanmaq doğru deyil.
Bunu Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı sessiyada deyib.
Onun sözlərinə görə, bu təşəbbüsdə özəl sektor da fəal iştirak etməlidir.
.
