BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.
Bunu BMT Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasında vida çıxışında deyib.
O, Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini bildirib.
Quterreş bunu dünyanın çağırışlarına cavab verilməsi üçün, legitimliyin və effektivliyin təmin olunması ilə əsaslandırıb.
“Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsindən sonra yaradılıb. Amma dünya o vaxtdan bəri fundamental dəyişikliklərə məruz qalıb”, - o qeyd edib.
.
