Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Downstream Management” MMC-nin direktoru Mustafa Mesut İlter vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik onun müavini Emil Aydın oğlu Alxaslıya həvalə olunub.

Xatırladaq ki, “SOCAR Downstream Management” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 501 min manatdır.

.