"Azərbaycan və Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün təkbətək görüşlərdə və geniş tərkibli formatda olan görüşlərdə ikitərəfli münasibətlər dərindən müzakirə edilib:

“Eyni zamanda, ümumi evimiz olan Cənubi Qafqazdakı yeni vəziyyət, daha geniş coğrafiyada baş verən proseslər, beynəlxalq təşkilatlardakı proseslər və qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Azərbaycan-Gürcüstan münasibətlərinin çox geniş gündəliyi var. Siyasi dialoq ən yüksək səviyyədədir və bu istiqamətdə çox güclü dinamika mövcuddur”.

.