Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.
“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,39% artaraq 96,13 ABŞ dollarına düşüb.
Bundan əvvəl Azərbaycan nefti 94,81 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
.
