Qırğızıstan Prezidenti Sadır Japarovun Pakistana dövlət səfəri çərçivəsində ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlərin mübadiləsi mərasimi keçirilib.
Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sadır Japarov və Pakistanın Baş naziri Şahbaz Şərif hərtərəfli əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyanat imzalayıblar.
Tərəflər həmçinin strateji əhəmiyyət daşıyan sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra ikitərəfli sənədlərə də imza atıblar. Onların arasında məhkumların təhvil verilməsi, mədəniyyət sahəsində əməkdaşlıq sazişi, eləcə də turizm, kənd təsərrüfatı və ikitərəfli ticarətin genişləndirilməsi sahəsində birgə fəaliyyətə dair memorandumlar var.
Bundan əlavə, regional tranzit üçün Pakistanın dəniz limanlarından istifadə, enerji sahəsində əməkdaşlıq, hüquqi əməkdaşlıq və dağ-mədən sektoru üzrə əməkdaşlıq haqqında memorandumlar da imzalanıb.
.
