Qəzza sektorunda beynəlxalq sabitləşdirici qüvvələrin formalaşdırılmasında birbaşa iştirak etməyə hazır olan ölkələrin sayı artmaqda davam edir.
Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib
“Getdikcə daha çox ölkə qoşulur. Onlar artıq iştirak edirlər, mən nə qədər əsgər göndərilməsini xahiş etsəm, o qədərini göndərəcəklər”, – deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı qeyd edib.
Sabitləşdirici qüvvələrin nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı suala cavabında Tramp bildirib ki, “müəyyən formada onlar artıq fəaliyyət göstərirlər”. Bununla belə, o, bu fəaliyyətin konkret olaraq hansı formada həyata keçirildiyini və sülhməramlı kontingentin yaradılmasında iştirakını artıq qəti şəkildə təsdiqləmiş ölkələrin hansılar olduğunu açıqlamayıb.
.
