Qəzzadakı atəşkəs və girovların azad edilməsi ilə bağlı prosesdə Türkiyə həlledici rol oynayıb.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ankaradakı səfiri Tom Barrak Qətərin paytaxtı Dohada keçirilən Doha Forumunda açıqlama verib

O qeyd edib ki, bəzən HƏMAS-la dialoqa görə tənqid olunan Ankara prosesə müdaxilə etməsəydi, atəşkəsin əldə edilməsi mümkün olmazdı.

Barrak həmçinin, bu prosesdə Qətərin də kritik oyunçu olduğunu vurğulayıb.

“HƏMAS-la dialoqa görə tənqid edilən Türkiyə məsələyə qarışmasaydı, bu gün olduğumuz nöqtəyə çata bilməzdik”, – Barrak əlavə edib.

.