WUF13 urbanizasiya, iqlim dəyişiklikləri, mənzil təminatı və dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformadır.
Bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov WUF13-ün açılış mərasimində çıxışında deyib.
Baş nazir Qazaxıstanda şəhərlərin gələcəyi, infrastrukturun inkişafı və resursların səmərəli idarə olunması məsələlərinə toxunaraq ölkəsində su resurslarının qorunması və dayanıqlı istifadəsinin urbanizasiya siyasətində əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.
"Bu mənada, bu mövzular bizim də dövlət siyasətinin əsaslarından birini təşkil edir. Qazaxıstanda yeni Tikinti Məcəlləsi qəbul edilib. Biz burada memarlıq, şəhər tikintisi keyfiyyəti meyarlarını müəyyən etmişik", - o vurğulayıb.
Bektenov həmçinin çıxışında Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə yüksək səviyyədə təşkilatçılığa görə də təşəkkür edib.
"WUF13-ün tarixi mirasla müasir memarlığın vəhdəti olan Bakıda keçirilməsi təsadüfi deyil", - o vurğulayıb.
.
