Rusiya Ukraynadan münaqişənin bitməsi ilə bağlı dialoq aparmağa hazır olduğuna dair müəyyən siqnallar alır.

Bunu Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında bildirib.

O, həmçinin, Ukraynanı Rusiya ilə sülh müqaviləsi bağlamağa hazır saymadığını da söyləyib:

"Biz hələ ki onların hazır olduğunu görmürük. Lakin hər halda onların dialoqa hazır olduqları barədə müəyyən siqnallarını hiss edirik".

Vladimir Putin, eyni zamanda, vurğulayıb ki, Rusiya 2024-cü ilin yayında bəyan edilmiş prinsiplər əsasında müharibəni bitirməyə hazırdır.

.