Avropa İttifaqının siyasi elitaları ABŞ-də keçirilən seçkilər zamanı Kamala Harrisə dəstək verib və seçki prosesinə müdaxilə ediblər, halbuki Rusiyanın bu prosesə heç bir müdaxiləsi olmayıb.
Bu ittihamı Rusiya Prezidenti Vladimir Putin “İlin nəticələri” mövzusunda keçirilən mətbuat konfransında səsləndirib.
Putinin sözlərinə görə, hazırda Avropa siyasi dairələri 2026-cı ildə ABŞ-də keçiriləcək seçkilərdə demokratların qələbəsini gözləyirlər.
Rusiya Prezidenti həmçinin qeyd edib ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiya düşmən kimi göstərilmir.
.
