Türkiyənin "Qalatasaray” futbol klubunun almaniyalı ulduzu Lukas Podolski milli komanda karyerasını başa vurduğunu açıqlayıb.
 
Modern.az xarici mediaya istinadən bildirir ki, 129 dəfə milli formada meydana çıxan Podolski sosial media hesabından təşəkkür mesajı yayaraq milli komandada bundan sonra oynamayacağını açıqlayıb.
 
31 yaşlı futbolçubu il Fransada keçirilən Avropa çempionatının final mərhələsində Almaniya millisinin heyətində yer almışdı.
 
Podolski Instagram hesabından verdiyi açıqlamada Almaniya milli komandasına vida etdiyini bildiib: "Almaniya milli komandası hər zaman qəlbimdə olacaq. Bu sırada yaşadığım hər şeydən qürur duyuram. Almaniya milli komandası ilə çox böyük uğurlar əldə etdim.
 
Bütün komanda yoldaşlarıma, məşqçilərimə, Rudi Vollere, Jürgen Klinsmanna və xüsusilə də Toaçim Löwe təşəkkür edirəm. Ən böyük təşəkkür isə məni ən pis vaxtımda da dəstəkləyən azarkeşləridir. Artıq bu komandanın böyük tərəfdarı olacağam. Almaniya milli komandasına gələcəkdə uğurlar arzulayıram”.
 
.