Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda danışıqlar zamanı qeyd ediblər ki, ölkələr arasında mövcud problemlər yoxdur.
bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bəzi məsələlər var, lakin aramızda mövcud problem yoxdur", - D.Peskov deyib.
O, qeyd edib ki, ümumilikdə Rusiya-Türkiyə münasibətləri "bütün sahələrdə çox yaxşı" inkişaf edir.
İki ölkənin liderləri Ukrayna məsələsinin nizamlanmasını, regional və beynəlxalq məsələləri və Rusiya aktivlərinin dondurulmasını ətraflı müzakirə ediblər.
Görüş təxminən 1,5 saat davam edib. Liderlər beynəlxalq Sülh və Etimad Forumunda görüşüblər. Əvvəlcə danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə sonra isə məhdud tərkibdə keçirilib.
