İtaliyanın "Roma" klubunun futbolçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirmək niyyətindədir.
"Sky Sports" xəbər verir ki, 32 yaşlı hücumçu yay transfer dönəmində İngiltərə Premyer Liqası komandalarından birinə keçmək istəyir.
Onun "Roma" ilə müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatır. "Canavarlar" da argentinalı forvardın sözləşməsini yeniləməyi planlaşdırır.
Xatırladaq ki, 2022-ci ildən paytaxt təmsilçisində çıxış edən P.Dibala cari mövsüm bütün turnirlərdə 26 oyuna 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
.
