Rusiya Federasiyasının maraqlarına zərər vurmaq kimi bir məqsədimiz olmayıb, yoxdur və olmayacaq.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
Paşinyan deyib ki, ölkəsi bundan sonra da yalnız öz dövlət maraqlarını rəhbər tutacaq.
O, Rusiya Prezidenti ilə münasibətləri də dəyərləndirib.
“Rusiya Federasiyasının Prezidenti ilə işgüzar münasibətlərimiz var və bu münasibətlər qarşılıqlı etimada əsaslanır. Biz ən aktual məsələləri çox sakit, hörmətli və dostluq mühitində, arqument və faktlara əsaslanaraq müzakirə etdik”, - Ermənistan lideri vurğulayıb.
Baş nazir əlavə edib ki, bu yanaşmanı davam etdirəcək: “Mən bu məntiqə sadiq qalmağa davam edəcəyəm”.
.
