Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarının olacağını bildirib.

Paşinyan bunu bu gün brifinqdə deyib.

Ermənistan hökumət başçısı qeyd edib ki, sammit çərçivəsində Rusiya və Azərbaycan liderləri ilə rəsmi ikitərəfli görüşlər nəzərdə tutulmayıb.

Bununla belə, Paşinyan tədbirlər çərçivəsində müxtəlif təmasların mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, MDB dövlət başçılarının sammiti oktyabrın 8-9-da Türkmənistanın “Avaza” milli turizm zonasında keçiriləcək.
 

.