Mərkəzi Asiya ölkələri və Azərbaycan birgə istehsal zəncirləri yaradaraq “6 iqtisadiyyat – 1 məhsul” formulunun reallaşdırılmasına çalışmalıdır.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.
Onun sözlərinə görə, region ölkələri arasında adi mal mübadiləsi artıq kifayət deyil, bir neçə dövlətin iştirak etdiyi istehsal zəncirləri əsasında ortaq son məhsullar yaradılmalıdır:
“Birgə məhsul istehsal edildikdə iqtisadiyyatlarımız arasında adi əmtəə mübadiləsindən daha möhkəm əlaqələr formalaşır. "6 iqtisadiyyat – 1 məhsul" formulu qarşıya qoymalı olduğumuz məqsədin mahiyyətini yaxşı ifadə edir”.
Özbəkistan Prezidenti bu istiqamətdə əməkdaşlığın inkişafı məqsədilə 2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib.
Şavkat Mirziyoyev, həmçinin Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, iqtisadi əməkdaşlığın yeni mərhələsində birgə sənaye və texnoloji zəncirlərə, ortaq rəqəmsal xidmətlərə, eləcə də iri layihələrin daha sürətlə həyata keçirilməsinə imkan verən investisiya mexanizmlərinə xüsusi diqqət yetirilməlidir.
Özbəkistan prezidenti 2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib
2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsi təklif olunub.
Bu təklifi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında çıxışı zamanı edib.
Özbəkistan Prezidenti qeyd edib ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni səviyyəyə qaldırılmalıdır.
Onun sözlərinə görə, tərəflər sadəcə qarşılıqlı ticarətlə kifayətlənməməli, birgə sənaye və texnoloji zəncirlər yaradaraq ortaq məhsullar istehsal etməlidirlər.
Şavkat Mirziyoyev bu yanaşmanı “6 iqtisadiyyat – 1 məhsul” formulu ilə ifadə edib. O bildirib ki, bir neçə ölkənin vahid istehsal zəncirində iştirakı onların iqtisadiyyatları arasında adi əmtəə mübadiləsindən daha möhkəm əlaqələr yaradacaq.
Mirziyoyev, həmçinin Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsini təklif edib.
.
