Azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib.

O bildirib ki, Qırğızıstan tərəfindən də azad edilmiş ərazilərdə məktəb tikilib.

“Biz bu yardımı yüksək qiymətləndiririk”, – Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini bildirib.

.