Ermənistan hökuməti kilsənin təsis etdiyi “Şoqakat” telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

“Şoqakat” telekanalı yanvarın 1-dən ləğv ediləcək.

Qərarın əsaslandırılmasında qeyd olunur ki, belə bir addımın əsası 24 oktyabr 2025-ci il tarixli "Audiovizual Media" haqqında qanuna edilən dəyişikliklərdir.

“Şoqakat” telekanalı hökumət tərəfindən 2011-ci ilin fevral ayında yaradılıb, səhmlərin idarə edilməsi İctimai Televiziya Şurasına verilib. Teleşirkətin əsas vəzifəsi mənəvi və mədəni proqramlar göstərmək olub.

.