Niderland hökuməti Ukraynaya əlavə 700 milyon avro ayıracaq.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.
"Ukraynaya dəstəyinə görə Niderlanda və XİN rəhbərinə (David Van Vilə - red.) minnətdaram. 2026-cı ilin əvvəlində hərbi təchizatın davam etdirilməsini təmin etmək qərarı həqiqi həmrəyliyin nümayişidir.
Bu mühüm addım Ukraynada və bütün Avropada sülhə, təhlükəsizliyə və azadlığa olan ümumi sadiqliyimizi gücləndirir", - Andrey Sibiqa qeyd edib.
.
