"Həm sərnişindaşıma, həm də yükdaşıma sahəsində boşluqlar var".

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"İkinci məsələ maliyyələşmə ilə bağlı olan problemlərdir. Xüsusilə, gediş haqqı ilə bağlı məsələ bu sahəyə investisiya yatırımına əngəl olur. Şəhər daşımalarında zəruri investisiya axınını görə bilmirik. Nəqliyyat vasitələrinin qanunsuz sərnişindaşıma həyata keçirməsi və s. bununla bağlıdır", - deyə nazir müavini əlavə edib.

Nazirlik: Bakıda avtobus zolaqlarının təşkilinə nail ola bilməmişik

"Biz əgər vətəndaşlarımızın ictimai nəqliyyatdan mütəmadi istifadə etməsini istəyiriksə, ilk növbədə ən ucqar yerlərə belə nəqliyyat əlçatanlığı olmalıdır".

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Digər tərəfdən ictimai nəqliyyatın müntəzəmliyi vacib məsələdir. Təəssüf ki, Bakıda avtobus zolaqlarınınn təşkilinə tam nail ola bilməmişik. Bu yolların kəsintisiz olması təşkil olunmayıb. Digər tərəfdən parklanma ilə bağlı sürücülər tərəfindən haqlı narazılıqlar var", - deyə nazir müavini əlavə edib.

.