Ukrayna növbəti dəfə Rusiya paytaxtına dronlarla hücum edib.

Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, gün ərzində Moskva istiqamətində uçan 32 Ukrayna PUA-sı məhv edilib.

PUA hücumu ilə əlaqədar Moskvanın hava limanlarında uçuşlara qadağa qoyulub, bir sıra reyslər ləğv olunub.

.