Argentina millisinin futbolçusu Lionel Messi zədələnib.

O, Hondurasla yoldaşlıq matçında belindən zədə alıb. Bu səbəbdən Messi 64-cü dəqiqədə əvəzlənib.

Oyundan sonra millinin həkimi 28 yaşlı hücumçunun belində çat və sınıq aşkarlanmadığını bildirib. O, Messinin bərpa müdəttinin daha sonra məlum olacağını söyləyib.

Qeyd edək ki, Argentina - Honduras görüşü birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

bizimyol.info
.