"Barselona”nın ulduz futbolçusu Lionel Messi Argentina millisinə qayıdır.
 
Müstəqil.Az xəbər verir ki, futbolçu fikrini dəyişib.
 
Adını gizli saxlayan Messinin sabiq komanda yoldaşı bu məlumatı mediaya ötürüb.
 
"Messi qayıdacaq. O, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının qalibi olmaq istəyir” – deyə o bildirib.
 
Xatırladaq ki, "Kopa Amerika” finalında Argentina penaltilər seriyasında Çiliyə məğlub olmuşdu (2-4). Hədəfdən yayınan Messi oyundan sonra millidə karyerasını bitirdiyini açıqlamışdı. Argentina prezidenti və çoxsaylı azarkeşlərin ona mürəciətlərinin ulduz futbolçunu qərarını dəyişməsinə səbəb olduğu görünür.

.