Argentinanın finaldakı rəqibi Kolumbiya-Çili qarşılaşmasının qalibi olacaq

Amerika kubokunun yarım finalında ev sahibi ABŞ ilə Argentina qarşı-qarşıya gəlib. Argentina, ulduz futbolçu Messinin möhtəşəm oyunu ilə 4:0 qalib gəlib. 

Argentinanın finala aparan qolları 3-cü dəqiqədə Ezequiel Lavezzi, 32-ci dəqiqədə Lionel Messi, 50-ci və 86-cı dəqiqələrdə Gonzalo Higuain vurub. 

32-ci dəqiqədə vurduğu qolla milli komandadakı qol sayını 55-ə çatdıran L.Messi, Gabriel Batistutanı keçərək Argentina millisində ən çox qol vuran oyunçu olub. 

Qeyd edək ki, Argentinanın finaldakı rəqibi Kolumbiya-Çili qarşılaşmasının qalibi olacaq. 


.