
Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "AtaSığorta" şirkəti olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində bildirilib. Siyahıda "Günay Sığorta" 2,13 indeksi ilə ikinci, "Atəşgah Sığorta" şirkəti isə 2,11 indeksi ilə üçüncü olub.
Qeyd edək ki, siyahıda yer alan "Azsığorta" və "İpək Yolu Sığorta" şirkətlərinin avtomobillərin icbari sığortası üzvə lisenziyası ləğv edilib. Hər iki şirkət yalnız mövcud müqavilələr üzrə öhdəliklərini icra edir. "Naxçıvan Sığorta" üzrə isə şikayətlər Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb. Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:
Sığortaçılar | Şikayət indeksi | |
"AtaSığorta" ASC | 4,23 | |
"Günay Sığorta" ASC | 2,13 | |
“Atəşgah Sığorta” ASC | 2,11 | |
"Bakı Sığorta" ASC | 1,71 | |
“Azәrsığorta” ASC | 1,57 | |
"Azərbaycan Sənaye Sığorta" ASC | 1,46 | |
"AzSığorta" ASC* | 1,30 | |
"Xalq Sığorta" ASC | 0,91 | |
“İpək Yolu Sığorta” ASC*** | 0,75 | |
"Meqa Sığorta" ASC | 0,67 | |
"A-Qroup Sığorta" ASC | 0,64 | |
"Qala Sığorta" ASC | 0,43 | |
“Paşa Sığorta” ASC | 0,19 | |
"Naxçıvansığorta" ASC** | 0,00 |