Yanvarın əvvəlində Parisdə istəklilər koalisiyasına daxil olan ölkələrin görüşü keçiriləcək və burada Ukrayna üçün təhlükəsizlik təminatları sistemində hər bir dövlətin verə biləcəyi töhfələr razılaşdırılacaq.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində yazıb.

Makronun sözlərinə görə, o və digər Avropa liderləri Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampla birgə telefon danışığında iştirak ediblər, bundan sonra isə Zelenski ilə ayrıca söhbət aparıb.

Makron qeyd edib ki, tərəflər təhlükəsizlik təminatları məsələsində irəliləyiş əldə edirlər.

“Biz ədalətli və davamlı sülhün qurulması üçün həlledici əhəmiyyət daşıyacaq təhlükəsizlik təminatları məsələsində irəliləyişə nail oluruq”, – o vurğulayıb.

.