Nikolas Maduro məhkəmə prosesində iştirak etməsi üçün təcridxanadan çıxarılıb.

 Maduro və həyat yoldaşı helikopterlə Nyu-York məhkəməsinə aparılıb.

Onlar bir qədər sonra Manhattan Federal Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, Maduronun məhkəməsi Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını saxlayıb.

.