Belarus Prezidenti Aleksandr Lukaşenko hokkey oynayarkən arenada yıxılıb. 

Yenizaman Belarus mediasına istinadən xəbər verir ki, hadisə Minskdə “Olimpik-Arena”da keçirilən matç zamanı qeydə alınıb.

Oyun zamanı 71 yaşlı dövlət başçısı komanda yoldaşı Yarislav Çuprislə toqquşub və nəticədə yıxılıb. 

Matçdan sonra hadisə ilə bağlı açıqlama verən Lukaşenko bel əzələlərinin dartındığını, lakin hazırda özünü yaxşı hiss etdiyini bildirib.

 


   


 

.