İsraillə sülhü dəstəkləyirik, amma əvvəlcə tələblərimiz yerinə yetirilməlidir.
Bunu Livanın Baş naziri Nəvaf Salam “Al Arabiya”ya müsahibəsində deyib.
“Biz sülhü dəstəkləyirik, amma bu sülhün şərtləri var. Bu, daha sonrakı mərhələdə çatacağımız məsələdir”, - Nəvaf Salam İsraillə aparılan danışıqların atəşkəs, yoxsa sülh sazişinə yönəldiyi barədə suala cavabında bildirib.
O vurğulayıb ki, hazırda Livan Vaşinqtonda İsraillə ilkin danışıqlar aparır və məqsəd daha geniş məzmunlu danışıqlara hazırlıqdır.
Baş nazirin sözlərinə görə, Livanın əsas tələbləri atəşkəsin əldə olunması, İsrail qüvvələrinin Livandan tam çıxarılması və döyüşlər zamanı saxlanılan livanlıların İsrail həbsxanalarından azad edilməsidir.
“Livanın tələbləri yerinə yetirildikdən sonra biz daha geniş çərçivədə sülh şərtlərinin müzakirəsinə açığıq, çünki bunun ərəb dövlətləri üçün nəticələri var”, - Baş nazir qeyd edib.
.
