“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə bağlanıb.
O, “3” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə "Neftçi" akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.
.
