“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşib.

Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Yeni mövsümdən komandanı Erik Ten Haq çalışdıracaq. 52 yaşlı niderlandlı ilə müqavilə 2025-ci ilin yayında başa çatacaq. Anlaşma daha bir il müddətinə uzadıla bilər. O, indiki baş məşqçi Ralf Ranqniki əvəzləyəcək.

Qeyd edək ki, Ten Haq 2017-ci ildən “Ayaks”ı çalışdırır.

.