Gəncədə sakini silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Z.Əsgərov ürək nahiyəsindən silahdan açılan atəş nəticəsində xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

.