Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski “Barselona”ya keçməyə yaxındır.

“TVP Sport”un məlumatına görə, hücumçu İspaniya klubu ilə 3 illik müqavilə barədə razılıq əldə edib.

33 yaşlı hücumçu Almaniya klubunu müqaviləsini uzatmayacağı ilə bağlı məlumatlandırıb. Münhen təmsilçisi anlaşması 2023-cü ildə başa çatacaq oyunçunu satmalı olacaq.

Almaniyalılar onun keçidi üçün 65 milyon avro tələb edir. “Barselona” bu rəqəmi futbolçularından bir neçəsini “Bavariyaya verməklə azalda bilər.

Qeyd edək ki, Levandovski cari mövsüm Bundesliqada 29 oyunda 32 qol vurub.

.