Rusiya ABŞ tərəfi ilə təmaslar hazırlayır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Mayamidə Rusiya və ABŞ nümayəndələri arasında mümkün görüş barədə Axios nəşrinİn xəbərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi amerikalıların avropalılar və ukraynalılarla gördüyü işlərin nəticələri barədə məlumat əldə etmək üçün ABŞ ilə müəyyən təmaslar hazırlayır.
Qeyd edək ki, Amerikanın xəbər portalı Axios əvvəllər mənbələrə istinadən ABŞ-ın bu həftə Mayamidə (Florida) təkcə Ukrayna nümayəndə heyəti ilə deyil, həm də Rusiya nümayəndələri ilə əlaqələri planlaşdırıldığını açıqlayıb. Mediada yayılan məlumatlara görə, ABŞ prezidenti Donald Trampın nümayəndələri StivUitkoff və Cared Kuşner Rusiya prezidenti Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyevlə görüşməyi planlaşdırırlar.
.
