ABŞ-ın Ukrayna üçün sülh planı layihəsi Rusiya, Ukrayna, Avropa və ABŞ tərəfindən dəyişikliyə məruz qalacaq.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ-ın sülh planının layihələrindən biri ilə tanış olub, lakin bununla bağlı heç bir konkret danışıqlar aparılmayıb.

Uşakov qeyd edib ki, Moskvanın tanış olduğu ABŞ-ın Ukrayna ilə bağlı planının bir çox müddəası məqbul görünür.

Putinin köməkçisi Moskvanın Ukrayna ilə bağlı "Avropa planı" barədə məlumatlar aldığını, bu planın qeyri-konstruktiv və Rusiya üçün yararsız olduğunu vurğulayıb.

"Rusiya yalnız bir sülh planı ilə tanış olub və bu plan Alyaskada əldə edilən anlaşmalara uyğundur. Biz gördüklərimizə, müvafiq kanallar vasitəsilə bizə çatdırılanlara inanırıq", - Uşakov Ukrayna böhranının həlli ilə bağlı Avropa planını şərh edərkən deyib.

.