"Növbəti 20 il ərzində Gürcüstana təbii qaz sosial tarif üzrə tədarük olunacaq. Buna görə əlbəttə ki, Azərbaycan tərəfinə xüsusi təşəkkürümüzü bildirməliyik".

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycana səfər çərçivəsində bir neçə istiqamət üzrə vaciv sazişlər imzalanıb.

"Birinci istiqamət Azərbaycandan qazın idxalı və tranziti ilə bağlıdır. Burada sosial qazla bağlı müqavilənin müddətinin uzadılmasına xüsusi əhəmiyyət verilib. Bu müqavilə 20 il müddətinə bağlanıb və bu ilin sonuna qədər müddəti bitməli idi. Sənədin 20 il müddətinə uzadılması ölkəmiz və xalqımız üçün xüsusilə vacib idi", - Kobaxidze əalvə edib.

Kobaxidze Bakı-Tbilisi-Supsa boru kəmərinin son üç ildə fəaliyyət göstərməməsi səbəbindən Gürcüstanın potensial gəlirlərini itirdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə boru kəmərinin işinin bərpasına dair razılıq əldə olunub və bu əsasda Gürcüstan hər il on milyonlarla lari gəlir əldə edəcək.

.