Vətən müharibəsi dövründə erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 93 dinc sakin həlak olub.

Bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, ermənilər tərəfindən müharibə dövründə 12 azyaşlı və 27 qadın qətlə yetirilib, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

.