İsveç Ukraynaya “Gripen” qırıcılarını yalnız Rusiya ilə sülh sazişinin əldə olunduğu təqdirdə verəcək.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson “istəklilər koalisiyası”nın görüşünün yekunlarına dair “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, Stokholmun "Gripen" qırıcıları vasitəsilə, eləcə də Qara dənizin minalardan təmizlənməsi üçün zəruri resurslar və Ukrayna Silahlı Qüvvələrinin zabitlərinin təlim-tədrisi vasitəsilə Ukraynada sülhün qorunmasına töhfə verməyə hazır olduğunu bildirib.

Lakin onun sözlərinə görə, tədarüklərin əsas şərti çoxmillətli qüvvələr üçün döyüş əməliyyatlarının aparılmasına dair aydın qaydaların təsbit edilməsi və İsveç parlamentinin rəsmi təsdiqidir.

.